Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Zaur Hüseynov vəzifəsindən azad olunub.
KONKRET.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Elgin Həbibullayev əmr imzalayıb.
Bir müddətdir işdən çıxan birinci müavinin yerinə hələ ki təyinat olmayıb.
Xatırladaq ki, Zaur Əkrəm oğlu Hüseynov 2023-cü ilin əvvəllərində Nərimanov Rayon İcra Hakimiyyətinin birinci müavini vəzifəsinə təyin olunmuşdu.