Bakıda qudalar arasında baş verən insidentlə bağlı rəsmi açıqlama verilib.
KONKRET.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a bildirib ki, hadisə cari ilin aprel ayında baş verib:
“Fakt üzrə cinayət işi başlanılıb. Qohumuna xəsarət yetirən şəxs saxlanılaraq istintaqa təhvil verilib və barəsində həbs qətimkan tədbiri seçilib”.