Bakıda iki avtomobil toqquşdu, 1 ölü, 5 yaralıbackend

Bakıda iki avtomobil toqquşdu, 1 ölü, 5 yaralı

Bakıda iki avtomobil toqquşub.

KONKRET.az xəbər verir ki, Sabunçu rayon ərazisində1965-ci il təvəllüdlü Abasov Rizvan Vaqif oğlunun idarə etdiyi “Kia Rio” markalı avtomobil ilə 1993-cü il təvəllüdlü Baxışzadə Təbriz Ələz oğlunun idarə etdiyi “Skoda Rapid” markalı avtomobilin toqquşub.

Nəticədə “Kia Rio” markalı avtomobilin sürücüsü R.Abasov hadisə yerində ölüb. Həmin vaxtı yanında olan oğlu 1991-ci il təvəllüdlü Abasov Kənan Rizvan oğlu, eləcə də “Skoda Rapid” markalı avtomobilin sürücüsü T.Baxışzadə, sərnişinlər – 1986-cı il təvəllüdlü İsmayılov Rahib Sahib oğlu, 1961-ci il təvəllüdlü Əliyev Nazim Vahab oğlu, və 1995-ci il təvəllüdlü Qurbanov Qurban Saqif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sabunçu Tibb Mərkəzi PHŞ-nə yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*