Bakı sakinindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KONKRET.az-a verilən xəbərə görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan F.Teymurovdan “CZ-27” markalı tapança, 1 ədəd patron darağı və 4 ədəd patron götürülüb.
Bundan başqa polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər nəticəsində Bakı şəhər sakini Y.Abdullayev nömrəsi silinmiş “Makarov” markalı tapançanı, 8 ədəd patronu və 1 ədəd patron darağını könüllü olaraq Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə təhvil verib.