Bakıda iki nəfərin ölümünə səbəb olan “Range Rover” sürücüsü saxlanıldıbackend

Bakıda iki nəfərin ölümünə səbəb olan “Range Roversürücüsü saxlanıldı

Bakıda 2 nəfərin ölümündə təqsirləndirilən “Range Rover” sürücüsü saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb. Qanunvericiliyə uyğun olaraq təyin edilən yol-nəqliyyat ekspertizasının rəyi əsasında hadisədə təqsiri sübuta yetirilən “Range Rover” markalı avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Beytulla Babayev saxlanılıb.

Xatırladaq ki, oktyabrın 8-də Sabunçu rayonunda – Bilgəh-Nardaran yolunda “Range Rover” markalı avtomobillə KİA markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər həlak olub, bir nəfər isə ağır xəsarət alıb.

Bildirilib ki, hadisə “Range Rover” markalı avtomobilin yüksək sürətlə idarə edilməsi səbəbindən baş verib, nəticədə KİA-da olan 2 gənc dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*