Bakıda lift qəzasında yaralananların adları – SİYAHIbackend

Bakıda lift qəzasında yaralananların adları - SİYAHI

Ötən gecə Bakı şəhər Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi 17 mərtəbəli binada liftin qırılaraq şaxtaya düşməsi nəticəsində xəsarət alanların kimliyi məlum olub.

KONKRET.az “qafqazinfo”ya istinadən xəbər verir ki, liftin 4-cü mərtəbədə olarkən zərbə ilə şaxtaya çırpılması nəticəsində xəsarət alan şəxslər bunlardır:

1968-ci il təvəllüdlü Afidə Heydərova – Sol baldır sümüyünün sınığı, bel nahiyəsinin əziyi,

1960-cı il təvəllüdlü Tənzilə Süleymanova – Sol ayağının sınığı, onun nəvəsi, 2009-ci il təvəllüdlü Leyla Səfərova – Sol bud sümüyünün sınığı,

1980-ci il təvəllüdlü Yeganə Hacıyeva – Topuq sümüyünün sınığı, onun övladı, 2007-ci il təvəllüdlü Cəlil Hacıyev – Sol qol nahiyəsinin əziyi,

1960-cı il təvəllüdlü Sevinc Rəsulova – Bel-omba nahiysinin əziyi.

Yaralılar xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*