Bakıda maaşlar ARTDIbackend

Bakıda maaşlar ARTDI

Bu ilin yanvar-sentyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 065,5 manat təşkil edib.

Bu barədə KONKRET.az Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verib.

Bildirilir ki, bu, 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,5 % çoxdur.

Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,4 % artaraq 827,4 manat təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*