Bakıda mağazadan külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlandıbackend

Bakıda mağazadan külli miqdarda pulqızıl-zinət əşyaları oğurlandı

Bakıda mağazadan külli miqdarda pul, qızıl-zinət əşyaları və pulqabı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsinə rayon ərazisindəki mağazaların birində M.Hacıyevanın içərisində 200 manat, 1000 ABŞ dolları, 1350 manat dəyərində qızıl-zinət əşyaları və 2 ədəd bank kartı olan pulqabısının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsdində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini S.Məmmədzadə müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*