Bakıda medal qazanan rusiyalı idmançı diskvalifikasiya edildibackend

Bakıda medal qazanan rusiyalı idmançı diskvalifikasiya edildi

Bakıda medal qazanan rusiyalı taekvondoçu Yuliya Volkova antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilib.

KONKRET.az xəbər verir ki, idmançı iki il müddətinə yarışlardan kənarlaşdırılıb.

Onun cəzasının müddəti 2026-cı il oktyabrın 31-də başa çatacaq. Beynəlxalq Test Agentliyi (ITA) idmançının 2014-cü ildə antidopinq qaydalarını pozduğunu bildirib.

Qeyd edək ki, 2014-cü ilə qədər Ukrayna millisini təmsil edən 45 yaşlı taekvondoçu Sankt-Peterburqda Avropa çempionatında fərdi, Bakıda isə komanda yarışlarının bürünc mükafatçısı olub. Yuliya Volkova 2019-cu ildə Rusiya çempionatında gümüş medal qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*