Bakıda məktəbdə şagird bıçaqlandı – Saxlanılan varbackend

Bakıda məktəbdə şagird bıçaqlandı - Saxlanılan var

Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə qeydə alınıb.

Məktəbin şagirdi, 2007-ci il təvəllüdlü oğlan münaqişə zəminində 2008-ci il təvəllüdlü digər şagirdə bıçaqla xəsarətlər yetirib. Qol və bud nahiyəsindən xəsarətlər alan şagird xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.

Hadisəni törətməkdə şübhəli bilinən məktəbli saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.//Qafqazinfo

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*