Bakıda məktəblidə vərəm aşkarlandı – Şagirdlərə peyvənd vuruldubackend

Bakıda məktəblidə vərəm aşkarlandı - Şagirdlərə peyvənd vuruldu

31 mart 2023-cü il tarixində Bakı şəhəri 136 nömrəli tam orta məktəbin 8 ç sinif şagirdində (müəyyən səbəblərdən şagirdin adı qeyd olunmur) vərəm xəstəliyi aşkarlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə məktəbdən APA-ya bildirilib.

Qeyd olunub ki, məktəbli martın 10-dan dərs prosesində iştirak etməyib. X sinifdə oxuyan bacısı isə 31 mart tarixindən etibarən məktəbə gəlmir.

Xəzər Rayon Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən sinifdə dezinfeksiya işləri aparılıb. Həmçinin şagirdin sinif yoldaşlarına peyvənd vurulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*