Bakıda mənzildə yanğın oldu – 2 nəfər təxliyə edildibackend

Bakıda mənzildə yanğın oldu - 2 nəfər təxliyə edildi

Bakıda mənzildə yanğın baş verib, 2 nəfər bina sakini təxliyə edilib.

Bu barədə KONKRET.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində ümumi sahəsi 75 m² olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd paltaryuyan maşın və 1 paq.m mebel yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*