Bakıda məşhur karaoke klub bağlandı – Videobackend

Bakıda məşhur karaoke klub bağlandı - Video

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ev 103 C ünvanında yerləşən “İcon-karaoke” klubunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkarlanıb.

Nazirlikdən KONKRET.az-a verilən məlumata görə, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

FHN əməkdaşları hesab ediblər ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Bununla bağlı olaraq Bakı şəhəri, Nərimanov rayonu, ev 103 C ünvanında yerləşən “İcon-karaoke” klubunun fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*