Xəbər verildiyi kimi, Paytaxtın Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metrostansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilib.
KONKRET.az xəbər verir ki, layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla sözügedən ünvanda bəzi obyektlər sökülür.
Sökülən obyektlərdən biri də Akademik Şəfayət Mehdiyev küçəsi, 177A ünvanında yerləşən “Antrikot” restoranıdır. Yeni yolun tikintisi ilə əlaqədar artıq restoranın söküntü işlərinə başlanılıb.
Məlumat üçün bildirək ki, Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.
Yolun çəkilişi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Söküntü, köçürülmə və digər məsələlərlə də məhz Agentlik məşğul olur. (Bizim.Media)
KONKRET.az