Bakıda növbəti ərəb tərbiyəsizliyi: Görün bu dəfə nə etdilərbackend

Bakıda növbəti ərəb tərbiyəsizliyi: Görün bu dəfə nə etdilər

Bakıda ərəb turistlərin yenidən qalmaqallı hərəkətləri ictimaiyyətdə ciddi narazılıq doğurub. Sosial şəbəkələrdə yayılan görüntülərdə onların əllərindəki su butulkalarını küçədə gəzən insanların üzərinə atdıqları əks olunub. Hadisənin şahidləri həmin şəxslərin ərəb turistlər olduğunu bildiriblər. Vətəndaşların sərt reaksiyasına baxmayaraq, turistlərin davranışlarını davam etdirdiyi qeyd olunur. Bəs, bəzi ərəb turistlərin Azərbaycanda sərgilədiyi bu cür davranışların səbəbi nədir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən sosioloq Nailə İsmayılova bildirib ki, bu cür hərəkətlər heç bir halda qəbuledilən deyil:

Uşaqlar diqqətsiz qaldıqda daha çox mobil cihazlara yönəlirlər”

“Turistlər hansı ölkəyə gedirlərsə, ilk növbədə öz millətlərini təmsil edirlər. Biz də başqa ölkələrə səfər edəndə davranışlarımızla xalqımızın mədəniyyətini nümayiş etdiririk. Bir və ya bir neçə insanın hərəkəti bütöv bir xalqın adından danışa bilməz. Amma hər kəs anlamalıdır ki, turist kimi getdiyi ölkədə davranışı ilə öz dövlətini və xalqını təmsil edir. Bu səbəbdən də onların hərəkətlərində məsuliyyət olmalıdır. Butulka atmaq, küçədə insanlara qarşı belə hərəkət etmək qətiyyən qəbul edilə bilməz”.

Sosioloq əlavə edib ki, bu cür halların qarşısını almaq üçün müvafiq maarifləndirici tədbirlər həyata keçirilməlidir:

“Əgər belə hadisə baş verirsə, həmin turistlərin vətəndaşı olduqları ölkənin səfirliyi və müvafiq qurumlar vasitəsilə xəbərdarlıqlar edilməlidir. Hətta hava limanlarında belə insanlara təlimatlar verilməlidir. Çünki onların davranışları həm ölkəmizin ictimai asayişinə, həm də öz ölkələrinin imicinə xələl gətirir”.

Nailə İsmayılova son günlər ərəb turistlərin Şəhidlər xiyabanında da etik olmayan davranışlar sərgilədiyini xatırladaraq bildirib ki, bu, Azərbaycan xalqı üçün xüsusilə həssas məqamdır:
“Şəhidlər bizim müqəddəs dəyərlərimizdir. Onların ruhunu təhqir edən hər hansı hərəkət istər ərəb, istərsə də başqa millət nümayəndəsi tərəfindən edilsin, xalqımızda ikrah hissi doğurur. Turistlər ölkəmizə səfər edərkən milli və mənəvi dəyərlərimizə hörmətlə yanaşmalıdırlar. Əks halda, belə davranışlar heç kimin xeyrinə deyil”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*