Bakıda oğlanı bıçaqlayan 19 yaşlı qızın məhkəməsi başlayırbackend

Bakıda oğlanı bıçaqlayan 19 yaşlı qızın məhkəməsi başlayır

Bakıda 20 yaşlı oğlanı bıçaqlamaqda təqsirləndirilən Səfərova Sevda Rizvan qızının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

KONKRET.AZ bildirir ki, “Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Siyavuş Hacıyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu il aprelin 8-də Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 30 ünvanının qarşısında baş verib.

Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Yusifov Anar Pirəli oğlu döş qəfəsinin daxilə nüfuz edən bir ədəd kəsilmiş-deşilmiş xəsarəti ilə Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Aparılmış ilkin əməliyyat axtarış tədbirləri nəticəsində Yusifov Anar Pirəli oğluna bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Səfərova Sevda Rizvan qızı saxlanılaraq istintaqa təhvil verilib.

Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*