Bakıda özbaşına tikintinin qarşısı alındıbackend

Bakıda özbaşına tikintinin qarşısı alındı

Oktyabrın 15-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən növbəti monitorinq zamanı aşkar edilən tikinti faktının qarşısı alınıb.

KONKRET.az Komitəyə istinadən xəbər verir ki, Hüseynbala Əliyev küçəsində yerləşən qeyri-yaşayış obyektində razılaşdırılmadan aparılan genişləndirmə işləri Baş İdarənin əməkdaşları tərəfindən nəzarətə götürülərək, tikintinin dayandırılması ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə icra hakimiyyəti orqanlarına məlumat verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*