Bakıda piyada iki avtomobilin arasında qalaraq komaya düşübbackend

Bakıda piyada iki avtomobilin arasında qalaraq komaya düşüb

Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

“Toyota” markalı avtomobil hərəkətdə olan zaman qarşısına qəfildən piyada çıxıb. Həmin avtomobil manevr edərək piyadanı ötüb. Lakin eyni istiqamətdə hərəkətdə olan “Azsamand” markalı nəqliyyat vasitəsi piyadanı vuraraq “Toyota”ya çırpıb. İki avtomobilin arasında qalan piyada ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda Ziya Bünyadov prospektində metronun “20 Yanvar” istiqamətində tıxac yaranıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*