Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
KONKRET.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
1989-cu il təvəllüdlü Heydərov Eldar Arif oğlu yolu keçərkən onu avtomobil vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./apa/