Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi – RƏSMİbackend

Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi - RƏSMİ

Bakıda polis əməkdaşlarının bıçaqlanmasında şübhəli bilinən Aydın Babayevin paytaxtın Səbail rayonu ərazisində gizləndiyi məlum olub.

Daxili İşlər Nazirliyindən KONKRET.az-a bildirilib ki, dərhal əraziyə polis əməkdaşları cəlb edilib.

Həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. Hüquq-mühafizə orqanlarının gördüyü cavab tədbirləri nəticəsində hücum edən şəxs polis əməkdaşları tərəfindən zərəsizləşdirilib.

Hadisə yerindən A. Babayevə məxsus tapança aşkar edilərək götürülüb.

Qeyd edək ki, Aydın Babayev Çevik Polis Alayının iki əməkdaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*