Bakıda qadın iş yerində ölüb.
KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsindəki dondurma sexində qeydə alınıb.
Həmin sexdə sayıcı-operator işləyən, 1968-ci il təvəllüdlü Ceyran Firudin qızı Mahmudova iş vaxtı işemik insult keçirib. Qadın hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.