Bakıda qadını videosunu yayacağı ilə şantaj edən şəxs SAXLANILDIbackend

Bakıda qadını videosunu yayacağı ilə şantaj edən şəxs SAXLANILDI

Bakı şəhər sakini olan qadına hədə-qorxu gələn şəxs ələ keçib.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən videosunu yayacağı ilə hədələyərək qadından 7 000 ABŞ dolları tələb edən Lənkəran rayon sakini T.İbadzadə həmin pulu alarkən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*