Bakının Yasamal rayonunda bir nəfər bıçaqlanıb.
KONKRET.az xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində yerləşən qəbiristanlıq ərazisində qeydə alınıb.
1979-cu il təvəllüdlü İmaməliyev Nail Salman oğlu naməlum şəxslə dava zamanı bıçaqlanıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.