Bakıda şadlıq sarayında işçilər arasında dava düşdü – Bıçaqlanan varbackend

Bakıda şadlıq sarayında işçilər arasında dava düşdü - Bıçaqlanan var

Bakıda şadlıq sarayında bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Babək prospektində yerləşən “Şahzadə” şadlıq sarayında qeydə alınıb.

Orada işləyən Cəmil Quliyev iş yoldaşı Ərhun Teymurlu ilə dava edən zaman onları aralamaq istəyən Asəf Fərzəliyevə bıçaqla zərbə vurub və hadisə yerindən yayınıb.

Faktla bağlı cinayət işi başlanılıb, C. Quliyev tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir./apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*