Rusiyanın FSB (Federal Təhlükəsizlik Xidməti) əməkdaşlarının Azərbaycan ərazisində jurnalist adı altında fəaliyyət göstərərək saxlanılması hadisəsi Rusiya ilə postsovet ölkələri arasında münasibətlərdə görünməmiş presedentə çevrilə bilər.
KONKRET.az xəbər verir ki, bu barədə “Агентство” portalı yazır.
Mənbənin məlumatına görə, əvvəllər bu cür əməliyyatlar zamanı yalnız yerli agentlər saxlanılırdı. Amma Bakıda baş verən son hadisədə birbaşa Rusiya vətəndaşı olan iki FSB əməkdaşı ələ keçirilib. Onlar “Sputnik Azərbaycan”ın rəsmi əməkdaşları kimi fəaliyyət göstərirdilər:
– İqor Kartavıx, 38 yaşında, Orenburq vilayətindəndir. 2011-ci ildən “РИА Новости”də, daha sonra isə “Россия сегодня” agentliyində çalışıb. Sızan məlumata görə, o, son iki ildə 6 milyon rubl (təxminən 77 min dollar) gəlir əldə edib.
– Yevgeni Belousov, 33 yaşında, Moskvadandır. 2000-ci illərdən etibarən hərbi memorial strukturlarında çalışıb, daha sonra “Россия” telekanalında və “Россия сегодня”da fəaliyyətini davam etdirib. Onun iki illik qazancı isə 2,8 milyon rubl (təxminən 36 min dollar) olub.
Hazırda hər iki şəxs Azərbaycan hüquq-mühafizə orqanlarının nəzarəti altındadır və onlara qarşı istintaq tədbirləri davam etdirilir.
Natiq Səlim,
KONKRET.az