Bakıda tikinti şirkəti piyada səkisini ZƏBT ETDİ – FOTObackend

Bakıda tikinti şirkəti piyada səkisini ZƏBT ETDİ - FOTO

Nizami rayonunda piyada səkisi tikinti şirkəti tərəfindən zəbt edilərək qanunsuz parklanma yeri təşkil olunub.

Bu barədə KONKRET.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

O qeyd edib ki, Nizami rayonu Tofiq Abbasov küçəsində “Orbita” MTK müvafiq razlıq olmadan piyada səkisinin bir hissəsində avtomobillər üçün parklanma yeri təşkil edib:

“Nəticədə piyadaların rahat hərəkəti üçün ciddi maneə yaranıb, təhlükəsizlik səviyyəsi aşağı düşüb”.

M.Ağayevin sözlərinə görə, məsələ Agentlik tərəfindən nəzarətə götürülüb və müvafiq hüquqi tədbirlər görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*