Bakıda “Toyota”nın 8 min manatlıq ehtiyat hissəsini oğurladılarbackend

Bakıda "Toyota"nın 8 min manatlıq ehtiyat hissəsini oğurladılar

Nizami rayonu ərazisində yerləşən dayanacaqların birindən “Toyota” markalı avtomobilin 7980 manat dəyərində ehtiyat hissələri oğurlanıb.

KONKRET.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı C.Məmmədov saxlanılıb.

Rayon ərazisində yerləşən mağazaların birindən 1170 manat pul oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 63 yaşlı Ş.İmanquliyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*