Bakıda xəstənin oğlu həkimdən 900 manat alıb?backend

Bakıda xəstənin oğlu həkimdən 900 manat alıb?

Bakıda şantajla üzləşdiyini bildirən həkim hüquq-mühafizə orqanlarına müraciət edib.

KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi F.Məmmədov şikayət ərizəsində bildirib ki, müalicə etdiyi xəstənin oğlu ona hədə-qorxu gələrək 900 manat alıb.

Belə ki, 1982-ci il təvəllüdlü Gədəbəy sakini A.Ə. həkimə atasının düzgün müalicə edilmədiyini bildirərək ona hədə-qorxu gəlməyə və pul tələb etməyə başlayıb. Bu yolla o, həkimdən hissə-hissə olmaqla 900 manat alıb.

Pul tələblərinin davamını gördüyünü deyən həkim Nizami Rayon Prokurorluğuna müraciət edərək məsələyə hüquqi qiymətin verilməsini xahiş edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*