Bakıda Xəzərin dayazlaşması ilə bağlı ekspert qrupunun ilk toplantısı keçiriləcəkbackend

Bakıda Xəzərin dayazlaşması ilə bağlı ekspert qrupunun ilk toplantısı keçiriləcək

Bakıda Xəzər dənizinin dayazlaşması ilə bağlı ekspert qrupunun ilk toplantısı keçiriləcək.

KONKRET.az xəbər verir ki, bunu BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə Üçüncü Konfransı çərçivəsində Xəzəryanı dövlətlərin hökumət rəsmiləri səviyyəsində keçirilən iclasında Baş nazirin müavini Şahin Mustafayev deyib.

O, çıxışında ekoloji çağırışlara toxunub, su səviyyəsinin aşağı düşməsi bütün regionda narahatlıq doğurduğunu, bu problemin hələ 2022-ci il Aşqabad Sammitində Azərbaycan Prezidenti tərəfindən qaldırıldığını və Bakıda beştərəfli ekspert qrupunun ilk toplantısının təşkilinə hazırlıqların davam etdiyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*