Bakıda yeni binada liftin standartlara cavab vermədiyi aşkarlandıbackend

Bakıda yeni binada liftin standartlara cavab vermədiyi aşkarlandı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi 77 ünvanında yerləşən doqquzmərtəbəli yaşayış binasının liftinin qəzalı vəziyyətdə olması barədə vətəndaş tərəfindən müraciət daxil olub.

Nazirlikdən KONKRET.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən həmin binadakı liftə baxış keçirilib.

Baxış zamanı həqiqətən də liftin müvafiq təhlükəsizlik tələblərinə cavab vermədən istismar edildiyi və beləliklə, insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Qeyd olunanlar nəzərə alınaraq, liftdə aşkar olunmuş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün aidiyyəti müəssisə qarşısında məsələ qaldırılıb və pozuntuların qısa müddətdə aradan qaldırılaraq liftin təhlükəsiz istismarı təmin edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*