Bakıda zibili eşşək arabası ilə daşıyırlar? – AÇIQLAMAbackend

Bakıda zibili eşşək arabası ilə daşıyırlar? - AÇIQLAMA

Bakının Zirə qəsəbəsində zibili eşşək arabası ilə daşıyıblar. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

KONKRET.az xəbər verir ki, yayılan görüntülərlə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Xəzər Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən bildirilib ki, Xəzər rayonu ərazisində tullantıların daşınması işləri xüsusi texnikalar vasitəsilə dislokasiyaya uyğun olaraq vaxtlı-vaxtında təmin edilir.

“Videomaterialda əks olunan görüntü ilə bağlı Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən müvafiq araşdırma aparılıb və müəyyən edilib ki, qeyd olunan qoşqu qəsəbə sakini tərəfindən şəxsi məqsədlər üçün istifadə olunur.

Həmçinin araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər şəxsi məqsədlər üçün tullantı konteynerlərindən dəmir və plastik məmulatlar toplayaraq aidiyyəti üzrə müvafiq məntəqələrə təhvil verilməsi işi ilə məşğuldurlar.

Bununla əlaqədar, gələcəkdə bu kimi halların təkrarlanmaması üçün vətəndaşlarla müvafiq profilaktik söhbətlər aparılıb”, – məlumatda bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*