Bakıdan xəbərdarlıq: UNICEF səlahiyyətlərini aşır!backend

Bakıdan xəbərdarlıq: UNICEF səlahiyyətlərini aşır!

Azərbaycan UNICEF-in İrəvan ofisinin rəhbərinin qərəzli bəyanatlarına münasibət bildirib.

KONKRET.az bu barədə Caliber.az-a istinadən xəbər verir.

Belə ki, UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinə dəvət olunub.

Görüşdə UNICEF-in İrəvan ofisinin rəhbərinin başqa ölkənin suveren ərazisi ilə bağlı səsləndirdiyi bəyanat barədə rəsmi Bakının narahatlığı çatdırılıb, onun mandat və səlahiyyətlərini aşdığı vurğulanıb.

UNICEF-in ofisi və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi İrəvan ofisinin rəhbərinin qərəzli bəyanatını etiraf edib.

Xatırladaq ki, UNICEF-in İrəvan ofisi bəyanatında “Laçın dəhlizinin bağlanmasının uşaqlara təsir etdiyini, onların yaşaması, sağlam böyüməsi və rifahı üçün lazım olan əsas xidmətlərə çıxışını məhdudlaşdırdığını” qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*