Bu gün Bakının Xətai və Binəqədi rayonlarının qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə KONKRET.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Xətai rayonu, Süleyman Vəzirov küçəsində və Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan etibarən qaz təchizatının dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun Süleyman Vəzirov, Fəzail Bayramov, Sergey Senyuşkin, Natiq Əliyev küçələrinin və Xocalı prospektinin, Binəqədi rayonunun isə 8-ci Mikrorayon, S.Bəhlulzadə və Dərnəgül küçələrinin istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
