Bu gecə Bakının iki yanacaqdoldurma məntəqəsində saxta əskinaslarla ödəniş ediblər.
KONKRET.az xəbər verir ki, birinci yanacaqdoldurma məntəqəsində 15 manata yanacaq alan sürücü 200 manat ödəyib və 185 manat geri alıb, ikincidə 20 manata benzin alan 100 manat ödəyib, 80 manat geri alıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Həmin şəxs artıq saxlanılıb. Onun əvvəllər məhkum olunmuş Bakı sakini olduğu məlum olub.
Qeyd edək ki, Azərbaycanda saxta əskinasların hazırlanması və satışına görə 5 ildən 7 ilədək, böyük ölçüdə saxtalaşdırmaya 10 il həbs cəzası verilir.
DİN vətəndaşları diqqətli olmağa çağırır.
Xuraman Etibarlı
KONKRET.az