Bakının kirayə mənzil bazarında vəziyyət: Qiymətlər necədir?backend

Bakının kirayə mənzil bazarında vəziyyət: Qiymətlər necədir?

Kirayə mənzil bazarında hazırda qiymət artımı, həmçinin azalması müşahidə edilmir.

KONKRET.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib.

O, qeyd edib ki, hazırda kirayə mənzil bazarında qiymətlər sabitdir.

“Hər il Bakıda yerləşən universitetlərə qəbul olunduqdan sonra tələbələrin əksəriyyəti burada ev axtarışında olurlar. Avqustun sonu, sentyabrın əvvəlində kirayə mənzil sistemində çox ciddi ajiotaj meydana gəlmişdi. Həm qiymət artımı, həm də kirayə mənzil sayında məhdudluq ciddi narahatlığa səbəb olmuşdu”.

AQC-nin sədri bildirib ki, bir ay öncə müşahidə edilən kirayə mənzil qıtlığı indi də davam etməkdədir:

Paytaxtda 1 otaqlı mənzillər 550-750 manat aralığında, mərkəz hissələr də isə 1000 manata təklif olunur. 2 otaqlı mənzillər 800-900 manata təklif edilir. Köhnə və yeni tikililərdə yerləşən kirayə mənzil qiymətləri arasında arasında fərq 20-25% təşkil edir.

V.Oruc vurğulayıb ki, adətən iş adamları, tələbələr əşyalı mənzil axtarışında olur. Ümumən vətəndaşlarımız əşyalı mənzillərə üstünlük verirlər. Bunlara xalq arasında “gir yaşa” mənzillər də deyilir.

“Otaq sayı artdıqca, kirayə qiymətləri artır. Lakin çoxotaqlı mənzillərə tələbat azdır. Çünki kirayə mənzillərə daha çox tələbələr və gəliri nisbətən az olan ailələr ehtiyac duyur və onların maddi vəziyyətləri çoxotaqlı evin kirayə haqqını ödəməyə imkan vermir. Böyük ailələr, xaricdən gələn investorlar, şirkət rəhbərləri isə daha geniş, komfortlu mənzillərə üstünlük verirlər. Bir otaq fərqi 150-200 manat artıq ödəniş etməyə səbəb olur”, – deyə o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*