Bakının tələb etdiyi 8 kəndlə bağlı İrəvandan açıqlama – “Ya mübadilə və ya da…”backend

Bakının tələb etdiyi 8 kəndlə bağlı İrəvandan açıqlama - “Ya mübadilə və ya da...”

“Bakının iddia etdiyi 8 sərhəd kəndi ilə bağlı məsələnin həlli üçün iki variant var”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan yerli mediaya açıqlamasında deyib.

O bildirib ki, bu kəndlərin əraziləri dəqiq müəyyən edilməli, hüquqi əsasları dəqiqləşdirilməlidir:

“Bundan sonra iki proses gedə bilər: ya mübadilə və ya ərazi tənzimlənməsi, ya da sərhədlərin delimitasiyası və demarkasiyası prosesində məsələnin müzakirəsi”.

O qeyd edib ki, söhbət Tavuş bölgəsində olan 7 (Qazaxın kəndləri – red.) və Naxçıvanın Kərki kəndindən gedir:

“Zəngəzura gedən əsas yol ordan (Kərki kəndindən) keçir. Azərbaycan Ermənistanı bu kəndləri işğal etməkdə ittiham edir. Öz növbəsində İrəvan bildirir ki, həmin Tavuş rayonunda Azərbaycanın işğal etdiyi ərazilər var”./Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*