Bakının Yasamal rayonunda söküntü işlərinə başlanılır.
KONKRET.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Yasamal Rayon İcra Hakimiyyəti yeni müqavilə bağlayıb.
Müqavilədə köçürülmə ilə əlaqədar daşınmaz əmlakların sökülərək ərazinin təmizlənməsi işləri nəzərdə tutulur.
Belə ki, RİH həmin işlərin icrasını “Ramco” Qapalı Səhmdar Cəmiyyətinə həvalə edib və onunla 17 milyon manat dəyərində müqavilə bağlayıb.
Bundan əlavə, rayon ərazisində yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi ilə əlaqədar daşınmaz əmlakların ekspertizası və kütləvi qiymətləndirilməsi işləri həyata keçiriləcək. RİH bununla əlaqədar isə “Ekspert Audit” şirkəti ilə 2 milyon manat dəyərində müqavilə bağlayıb.

Vay manatın halına. Təzə cap olunmuş dəyərsiz manatı dövriyəyə buraqmakla daha da dəyərsiz edirlər. İnfilyasiya, bahalaşma camaatın onsuz da pis halını lap esəcək.
Salam. Bura 1-ci Alatava da daxildir? Neçə illərdir insanları asılı vəziyyətdə saxlayıblar. 2023 dən qərar verilib hələ də söküntü yoxdur. Kristal abşeron şirkəti gəlib girib ortada 3 dənə göydələn qaldırıb. Artıq istifadəyə də verilib. Amma ətraf hamısı həyət evləri. İndi də makler adıyla gəlib camaatdan kvadratı 2000manatdan təklif edirlər. Deyir biz sökmürük. Ev alırıq. Oyun oynalınır. Yazıq, kasıb cammata pul verməmək üçün.