“Baku Bus” MMC-nin sürücüsünə cinayət işi açıldıbackend

"Baku Bus" MMC-nin sürücüsünə cinayət işi açıldı

Piyadanın ölümünə görə “Baku Bus” MMC-nin sürücüsünə cinayət işi açılıb.

KONKRET.az xəbər verir ki, fevralın 21-də saat 05:45 radələrində Səbail rayonu, Salyan şossesi 15 ünvanının qarşısında Ayvazov Abuzər Mahmud oğlu idarə etdiyi BMC markalı “Baku Bus” MMC-yə məxsus 99 JK 440 dövlət qeydiyyat nişanlı avtobusla piyada Sumqayıt şəhər sakini, 1955-ci il təvəllüdlü Qayıbov Qüdrət İdris oğlunu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Səbail RPİ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmaqla istintaq aparılır.//Pravda.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*