Balakəndə oğul anasını əxlaqsızlıqda günahlandırdı – Qardaş bacısını bıçaqladıbackend

Balakəndə oğul anasını əxlaqsızlıqda günahlandırdı - Qardaş bacısını bıçaqladı

Balakən rayonunda qardaş bacısını öldürməyə cəhd edib.

KONKRET.az xəbər verir ki, 1973-cü il təvəllüdlü Adil Sayılov 1961-ci il təvəllüdlü bacısı Həlimət Məmmədovanı başqası ilə yazışdığı üçün öldürmək istəyib.

Belə ki, A.Sayılovun bacısı oğlu Azərşən Məmmədov onlara gələrək anasının əxlaqsızlıqla məşğul olduğunu deyib və o, dayısından anasını öldürməyi istəyib. A.Sayılov bacısı oğluna inanmayıb. Bacısı oğlu isə telefonundakı səs yazısını dayısına göstərib və onun hansısa şəxslə danışdığını bildirib. A.Sayılov bacısı oğlunu evlərinə göndərib, özü isə bacısının evinə gedib. O, həmin səsin bacısına məxsus olub-olmadığını soruşub. Bacısı isə onu təhqir edərək evindən qovmaq istəyib. Bacısı bildirib ki, onun işinə heç kim qarışa bilməz. Nəticədə bacı-qardaş arasında mübahisə başlayıb. Mübahisə nəticəsində A.Sayılov bacısına üzündən, sinəsindən və qarın boşluğundan 4 bıçaq zərbəsi endirib. Qadın xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Sayılov 7 il 10 ay müddətə azadlıqdan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*