Balakəndə ölümlə nəticələnən qəza baş verib.
KONKRET.az xəbər verir ki, hadisə bu gün saat 15 radələrində rayonun İtitala kəndi ərazisində qeydə alınıb.
Belə ki, VAZ-2106 markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Surac Ramazanovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə Allahverdi Osmanovun idarə etdiyi VAZ-21011-lə toqquşub, daha sonra isə divara dəyib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, S.Ramazanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb.//Report