Balidə Azərbaycan vətəndaşı saxlanıldı: Görün nə edib – FOTObackend

Balidə Azərbaycan vətəndaşı saxlanıldı: Görün nə edib - FOTO

Balidə Azərbaycan vətəndaşının iştirakı ilə quldurluq hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, həmin şəxs 12 000 ABŞ dollarını dəyişmək məqsədilə valyutadəyişmə məntəqəsinin operatoru ilə əlaqə saxlayıb.

Məbləğ böyük olduğuna görə, pulu birbaşa evinə çatdırmağı xahiş edib.

İki əməkdaş, Mox Ezekiel Tan Elang və M. Faysal nağd pulu gətirərək saymağa başlayıblar. Lakin Azərbaycan vətəndaşı dollarları onlara təqdim etməyib.

Daha sonra evə başqa bir şəxs daxil olub və birlikdə valyutadəyişmə məntəqəsinin əməkdaşlarını boğmağa cəhd göstərərək pulu ələ keçiriblər.

Zərərçəkənlər son anda xilas olaraq hadisə yerindən qaça biliblər.

Denpasar polis idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri AKP İ Ketut Sukadi bildirib ki, hazırda hadisə ilə bağlı intensiv dindirilmə və genişmiqyaslı istintaq aparılır.

Şübhəli şəxs, əcnəbi olduğu təsdiqlənən Azərbaycan vətəndaşı dərhal saxlanılaraq Kuta polis bölməsinə aparılıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*