Balıq bazarında son vəziyyət: Kəskin artım varbackend

Balıq bazarında son vəziyyət: Kəskin artım var

Yeni mövsümdə balıq məhsullarının qiyməti kəskin şəkildə artıb.

KONKRET.az xəbər verir ki, qaynarinfo bununla bağlı sorğu aparıb.

Balıq bazarından verilən məlumata görə, farel balığının bir kiloqramı 13 manat, çupra 19-22 manat, nərə 45 manat, böyük çəkili sudaklar 10 manata, xırda çəkili sudaklar 8-9 manata, çəki balığı 6-8-10 manat arasında təklif edilir. Bazarda ən ucuz xanı balığıdır ki, onun da kilosu 5 manata satılır.

Balıq bazarında bütün balıqların qiyməti gətirilən bölgəyə görə dəyişir. Təmiz balıqlar ancaq Neftçala rayonundan gətirilir. İki kiloluq çəki balığı 25-30 manata satılır, onu da tapmaq olmur. Çəkisi 0,7-1 kiloqram arasında olan balıqlar 15 manata satılır. Qiymət fərqi onun dadındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*