Bank kartı olanlar oxusun – Narahatlıq yaradan XƏBƏRbackend

Bank kartı olanlar oxusun – Narahatlıq yaradan XƏBƏR

Azərbaycanda bank kartlarından oğurlanan vəsaitlərin sayı durmadan artır. Statistikaya görə, son 4 ayda ələ keçirilən pulun miqdarı 6 milyon manatı keçib. Bu rəqəm vətəndaşlarda ciddi narahatlıq yaradır.

Hansı hallarda bank dəymiş zərəri qarşılayır? Müştəri ilə bağlanan müqavilədə oğurluq vəsait, kibertəhlükəsizliklə bağlı əlavə hansısa maddələrə ehtiyac varmı?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli bankların heç bir halda zərəri qarşılamadığını deyib:

“Banklar pulun qorunmasına məsuliyyət daşımır. Hər şey vətəndaşın özündən asılıdır. Onlar kibertəhlükəsizliklə bağlı məlumatlı olmalıdırlar. Bu istiqamətdə bank sektoru ilə Azərbaycan Mərkəzi Bankı (AMB) arasında tədbirlər artırılır. Müştərilər heç kimə kart kodlarını verməməli, saytlarda onlayn alış-veriş edərkən ehtiyatlı olmalıdırlar. Vətəndaşların pul vəsaitlərini saxladıqları kartdan alış-veriş etməyi məsləhət deyil. Yaxşı olar ki, əlavə debet kart alsınlar və xərclənəcək pulu ora transfer edib yararlansınlar. Bu üsulla ən azından balans bütövlükdə oğurlanmaz”.

İqtisadçı bildirib ki, müştəri ilə bağlanan müqaviləyə kibertəhlükəsizliklə bağlı maddələr əlavə edilə bilməz:

“Bu olarsa, gərək, vətəndaşa kart verilməsin. Ona görə də insanlar dələduzların toruna düşməməlidirlər. Kartdakı pul cibimizdə və ya evimizdə saxladığımız vəsaitə bənzəyir. Yəni necə ki, onu oğrulardan qoruyuruq, eləcə də kartlarla bağlı belə olmalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*