Bank telefonla hansı məlumatı vətəndaşdan istəyə bilər? – VİDEObackend

Bank telefonla hansı məlumatı vətəndaşdan istəyə bilər? - VİDEO

Bank heç vaxt hansısa məlumatı vətəndaşdan telefon vasitəsilə istəyə bilməz.

KONKRET.az Xəzər TV-yə istinadən bildirir ki, bunu maliyyə eksperti Əkrəm Həsənov deyib.

O, bildirib ki, kimsə vətəndaşa zəng edib kartın məlumatlarını istəyirsə dələduzdur.

Əkrəm Həsənov deyir ki, bəzən bankların daxilində də dələduzlar ola bilər.

Ekspert bildirir ki, hər bir vətəndaş öz maliyyə təhlükəsizliyinə görə məsuliyyət daşımalı və dələduzlara qarşı ayıq-sayıq olmalıdır. Bu cür hallarla rastlaşan şəxslər  dərhal bankla və ya hüquq-mühafizə orqanları ilə əlaqə saxlasınlar.

Daha ətaraflı videomaterialı təqdim edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*