Bankların əhalidən cəlb etdiyi depozitlərin orta faiz dərəcəsi artdıbackend

Bankların əhalidən cəlb etdiyi depozitlərin orta faiz dərəcəsi artdı

2025-ci ilin iyun ayının 1-nə Azərbaycanda bankların manatla cəlb edilmiş müddətli depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 8.87 faiz təşkil edib.

Bu barədə KONKRET.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu dövrdə manatla cəlb edilmiş müddətli depozit və əmanətlər üzrə orta faiz dərəcəsi hüquqi şəxslər üzrə 7.11 faiz, fiziki şəxslər üzrə isə 10.21 faiz olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0.94 faiz bəndi və 0.90 faiz bəndi artıb.

Qeyd edək ki, bu ilin 5 ayında banklar cəlb etdikləri depozit və əmanətlərə görə 498.6 milyon manat faiz ödəyiblər.

Xatırladaq ki, cari il iyun ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin (maliyyə institutları istisna olmaqla) həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.6% artaraq 38 milyard 179.3 milyon manata bərabər olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*