“Hazırda ölkədə fəaliyyət göstərən ödəmə terminalları saxta pulların aşkarlanması üçün xüsusi sensorlarla təchiz olunub. Bu texnologiyalar vasitəsilə saxta, zədələnmiş və ya standartlara cavab verməyən pullar müəyyən edilir və vəsait terminal tərəfindən geri qaytarılır”.
Bu fikirləri İKT eksperti Elvin Abbasov KONKRET.az-a açıqlamasında səsləndirib.
“Terminal sistemləri saxtakarlıq hallarının qarşısını almaq üçün mütəmadi yenilənir. Lakin dələduzlar da peşəkarlaşır və bəzi hallarda yüksək keyfiyyətli saxta əskinaslar köhnə model sensorlar tərəfindən aşkarlana bilmir. Bu isə nadir hallarda baş verən istisna hal kimi qiymətləndirilir”.
Ekspert qeyd edir ki, əksər hallarda müasir ödəmə terminalları saxta pulların dövriyyəyə daxil olmasının qarşısını effektiv şəkildə alır.
“Vətəndaşlar şübhəli əskinaslarla rastlaşdıqda bu barədə dərhal aidiyyəti qurumlara məlumat versinlər”.
Aynurə İsmayıl
KONKRET.az