Barmaqları “sındırmaq” ziyanlıdırmı? – Vacib məlumatbackend

Barmaqları "sındırmaq" ziyanlıdırmı? - Vacib məlumat

Bir çox insan barmaq oynaqlarını “sındırmağ”ı sevir və bunu həm bir növ gimnastika, həm də gərginliyi azaltma üsulu kimi qəbul edir. Bu proses xas səs – xırçıldama, çıqqıltı və ya şaqqıltı ilə müşayiət olunur. Bu fenomenin hətta xüsusi adı var – kavitasiya.

Bəziləri bunu pis vərdiş adlandırır. Bəs bu vərdişdən vaxtında əl çəkməsəniz nə baş verə bilər?

KONKRET.az xəbər verir ki, bu mövzu ilə bağlı müxtəlif fikirlər mövcuddur. Bəzi mütəxəssislər hesab edir ki, bu tamamilə fizioloji prosesdir və sağlamlığa zərəri yoxdur. Başqaları isə iddia edir ki, müntəzəm çırtlatma əllərin sağlamlığına mənfi təsir göstərir, bağları zəiflədir və oynaqların aşınmasını sürətləndirir.

Doğrudur, bu prosesin ziyanı elmi cəhətdən sübuta yetirilməyib, lakin tədqiqatçılar bildirirlər ki, bu vərdiş gec-tez oynaq çıxmasına gətirib çıxara bilər. Bu, yalnız zaman məsələsidir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*