“Barmaqlıqlar arxasında hakim siyasi qruplaşmanın lideri və onun əlaltıları oturmalıdır”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu fikiri “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan səsləndirib. O bildirib ki, müharibədə həlak olan bir şəxsin anası həbsə salınmamalıdır.
Qeyd edək ki İrəvanın Ümumi Yurisdiksiya Məhkəməsi 44 günlük müharibədə həlak olan hərbçi Jora Martirosyanın anası Qayane Akopyanın həbsi ilə bağlı qərarı elan edəcək. Buna görə də, Ermənistanda fəaliyyət göstərən bəzi QHT-lər insanları məhkəmənin qarşısına toplaşmağa çağırır. “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan həlak olan hərbçinin valideynlərinin haqlı tələbini dəstəkləmək üçün məhkəmədə olacağını bildirib:
“Hakim siyasi qrupun lideri və onun əlaltıları dəmir barmaqlıqlar arxasında olmalıdır, nəinki vətənin müdafiəsi naminə həlak olan hərbçinin anası”, – deyə Tiqran Abramyan yazıb.
Vəkil Ruben Melikyan bildirib ki, məhkəmədə müdafiə tərəfi əsas ifadəni təsdiqləyib: “Həbs, ümumiyyətlə, tətbiq edilməməlidir. Şəxs alternativ həbs-qətimkan tədbiri seçilmədən azadlığa buraxılmalıdır”.
Xatırladaq ki, 2023-cü il mayın 17-də baş nazirin oğlu Aşot Paşinyanın oğurlanması ilə bağlı Ermənistan Cinayət Məcəlləsinin 191-ci maddəsinə əsasən ilə cinayət işi başlanıb. 44 günlük müharibə zamanı həlak olan hərbçinin anası Qayane Akopyan baş nazir Nikol Paşinyanın oğlu Aşot Paşinyanın qaçırılmasında şübhəli bilinərək saxlanılıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az