Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) “Barselona”nı 2025-ci ildə ABŞ-də yenilənmiş formatda keçiriləcək Klublararası Dünya Çempionatına dəvət etmək niyyətində deyil.
KONKRET.az xəbər verir ki, La Liqa 2025-ci il Klublararası Dünya Çempionatında yalnız iki komanda ilə təmsil oluna bilər. Onlardan biri 2021/2022 mövsümünün Çempionlar Liqasının qalibi “Real Madrid”dir. Digəri isə İspaniya Primerasının başqa bir təmsilçisi ola bilər ki, bu da “Barsa” deyil.
Belə ki, qurumla Kataloniya klubu arasında münasibətlərdə gərginlik mövcuddur. Bu gərginliyə səbəb “Barsa” rəhbərliyinin Superliqa layihəsini dəstəkləməsi ilə bağlı ola bilər.
Xatırladaq ki, klublararası dünya çempionatının yenilənmiş variantında 32 komanda iştirak edəcək: Avropadan 12, Cənubi Amerikadan 6, Afrika, Asiyadan 4, Okeaniyadan isə 1 klub təmsil olunacaq. Turnirin özü ABŞ-də keçiriləcək.