Azərbaycan Mərkəzi Bankı (AMB) əmək haqqının istənilən bankdan alınması ilin sonuna qədər mümkün ola bilər.
KONKRET.az APA-ya istinadla xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov iqtisadçı-ekspertlərlə görüşündə bildirilib.
AMB sədri qeyd edib ki, bununla bağlı hazırda iş aparılır.
Görüşdə pul siyasəti, tədiyə balansı, rəqəmsal texnologiyalar, maliyyə sektorunda müşahidə olunan cari tendensiyalar və gələcək planlar ətrafında əhatəli və məzmunlu müzakirələr aparılıb, qurumun hazırladığı yeni maliyyə aləti (hedcinq) və onun iqtisadiyyata mümkün töhfələri barədə iştirakçılara ətraflı məlumat təqdim olunub.